Antonov An-225

Antonov An-225
Ан-225
An-225 uçuş vaxtı
An-225 uçuş vaxtı
Tipi An-225
Hazırlayan Antonov (şirkət)
İstehsalçı Ukrayna Ukrayna
İlk uçuş 21.12.1988
İstismara verilmə tarixi 1989[1]
İstimarının bitmə tarixi 27.02.2022
Status Rusiya tərəfindən vurulması
İstismarçılar Ukrayna
Antonov
İstehsal ili 1985
Buraxılış sayı 1
Baza modeli Antonov An-124 Ruslan[2][3][…]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antonov An-225 Mriya (ukr. Мрія - "arzu"; NATO kod adı: Cossack - "Kazak") — dünyanın ən böyük yük təyyarəsi.

1984-1988-ci illərdə Ukrayna SSR-də Antonov konstruktor bürosu tərəfindən Kiyev Mexaniki Zavodunda istehsal edilmişdir. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutmuşdur. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olmuşdur.

Təyyarənin uzunluğu 84 metr , hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir. Yük kabinəsinin eni 6,4, hündürlüyü 4,4, uzunluğu isə 43 metrdir. Heyətin sayı 7, sərnişin tutumu isə 88 nəfərdən ibarətdir. Təyyarə 450 tonadək yük qaldıra bilir.

  1. https://www.aerospace-technology.com/projects/an225hta/.
  2. https://www.youtube.com/watch?v=SBWW2syDA9A.
  3. https://www.airportspotting.com/mriya-a-complete-history-of-the-antonov-an-225/.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search